Текст песни
Для этой песни доступен текст без караоке-подсветки.
O yadımdadı, gözləri mavi Onun olmur sözləri adi Son dəfə o, xətrimə dəydi Onun adı nə idi? Bəs var idi içində həyəcan O deyərdi çağıranda, aycan Gedən zaman geri dönəcəkdi Onun adı nə idi? Gözlərimdə yaşımı qurutmam Mən çox şeyi belə tez unutmam Ər ya gec bunu edəcəkdi Onun adı nə idi? Xatirimdə qalır axı hər şey Üzünü görüm, gəlsin görüşək Nömrəsinin sonu, de, neçə idi? Onun adı nə idi? Adı nə idi, de, düşmür yadıma Adı nə idi, de, düşünüb yatıram Məni tək qoyanın adı nə idi? Başımın üstə uçan kəpənək idi Bir gün işığım axı sönəcək idi Və o gedəcək idi Adı nə idi, ürəkdə çırpınan Adı nə idi, bir anda yad olan Məni pərt edənin adı nə idi? Ürək yıxılıb gedib ona dəydi Bir yaşayıb, bir öləcək idik Onun adı nə idi? (Onun adı nə idi?) O gedəndə yaxşı deyildim Heç onun özü də yaxşı deyil idi Getdiyimiz düz yolu əydi Onun adı nə idi? Dərdim onun qəlbinin dağıdır Guya mənə görə dünyanı dağıdır Pis deyildi, dəli idi, nə idi Onun adı nə idi? Demişdim, ağlımdan keçmə Xatırlamaq istəmirəm heç nə Geriyə qalan qırılan ürək idi Onun adı nə idi? İlk görüşdə sözün yadımda Baxışların, özün yadımda Hava yadımda, yağış, külək idi Bəs adın nə idi? Adı nə idi, de, düşmür yadıma Adı nə idi, de, düşünüb yatıram Məni tək qoyanın adı nə idi? Başımın üstə uçan kəpənək idi Bir gün işığım axı sönəcək idi Və o gedəcək idi Adı nə idi, ürəkdə çırpınan Adı nə idi, bir anda yad olan Məni pərt edənin adı nə idi? Ürək yıxılıb gedib ona dəydi Bir yaşayıb, bir öləcək idik Onun adı nə idi? (Onun adı nə idi?) Onun adı nə idi?
Aygün Kazımova — Onun Adı Nə İdi?
«Onun Adı Nə İdi?» — Aygün Kazımova. Читайте текст песни, слушайте запись онлайн бесплатно или скачайте mp3. Длительность записи — 3:17. Жанр — Поп.
