Текст песни
Для этой песни доступен текст без караоке-подсветки.
Gözlərində qalmışam, düşün Tək qalanda hisslərim don, əllərim üşü Və sanki sən gedəndə bir canım düşür Olmayanda həsrətinlə cansızam, düşün Dodaqlarında sözlərin, dilindəyəm Sən olanda mən güvəndəyəm, evimdəyəm Kirpiyində, saçlarındayam, telindəyəm Hiss edilməyən, bilinməyən, görünməyən Səninləyəm Mən həsrətinlə yanma sən deyə yanındayam De, göz yaşında batmısan niyə? Yanındayam, yaratdığın qaranlığındayam Yolundayam, mən hisslərinləyəm Qucaqlasan, qolundayam Toxunsan, əllərindəyəm Ya sağ-solundayam, səninləyəm Dayanmadan sevən, yorulmayan Lap istəsən, uzaq dayan tamam, sarılmayaq Və sınsa qəlbimiz, yad olmayaq, qırılmayaq gəl Eşq odunda sərxoşam daha Səni görəndə əllər əsər, gözlərim axar Və sanki sən olanda hisslərim rahat Sən gələndə qış çəkilir, geri gəlir bahar Dodaqlarında sözlərin, dilindəyəm Sən olanda mən güvəndəyəm, evimdəyəm Kirpiyində, saçlarındayam, telindəyəm Hiss edilməyən, bilinməyən, görünməyən Səninləyəm Mən həsrətinlə yanma sən deyə yanındayam De, göz yaşında batmısan niyə? Yanındayam, yaratdığın qaranlığındayam Yolundayam, mən hisslərinləyəm Qucaqlasan, qolundayam Toxunsan, əllərindəyəm Ya sağ-solundayam, səninləyəm Dayanmadan sevən, yorulmayan Lap istəsən, uzaq dayan tamam, sarılmayaq Və sınsa qəlbimiz, yad olmayaq, qırılmayaq gəl
Röya — Yanındayam
«Yanındayam» — Röya. Читайте текст песни, слушайте запись онлайн бесплатно или скачайте mp3. Длительность записи — 3:17. Жанр — Поп.
