Текст песни
Для этой песни доступен текст без караоке-подсветки.
Vura vura sağlığımdan olmuşam mən, Hardadı sağlığıma vuran dostlarım. Hər görəndə məni öpüb qucaqlayıb, Nə qulluğun deyib basıb bağlıyıb, Ortalığa gələn kimi ağlıyıb, Qırağda vəziyyətni quran dostlarım. Hər gün onun bunun quyruğundadı, İmkan olan yerdə buyruğundadı, Allah bilir kimin qulluğundadı, Bir vaxt qulluğumda duran dostlarım. Ləzət eliyib həmişə deyib güləndə, Deyib gülmək istəməz hansı bəndə. Yeyib içib axırda hesab gələndə, Ayaqyoluna yolnu buran dostlarım. Doğurdanda çox dəyişib zəmanə, İnanmazdım bir gün olar biganə, Zəng edəndə min cür edir bəhanə, Axşama məclis uyduran dostlarım. Xəlvət orda burda məclis qururlar, Onun bunun sağlığına vururlar, Pulum yoxdu deyə gələndə dururlar, Hər gecə mənnən oturan dostlarım. Heç kəsdən umma etibar həyatda, Bu cür fani bietibar həyatda, İnsanın iki dostu var həyatda, Biri namazdı birdə quran dostlarım.
Mehman Huseynov — Menim Dostlarım
«Menim Dostlarım» — Mehman Huseynov. Читайте текст песни, слушайте запись онлайн бесплатно или скачайте mp3. Длительность записи — 3:20.
