Текст песни
Для этой песни доступен текст без караоке-подсветки.
Bilmirəm nə var gözlərində, Günəş doğur bahar gözlərində. Sevgili yar son istəyimdir bu, Ölüm sənin xumar gözlərində. Sənin möcüzə var gözlərində. Günəş doğur bahar gözlərində. Sevgili yar son istəyimdir bu, Ölüm sənin xumar gözlərində. Ay mənim ay üzlü vəfadarım, Sən ilk qərarım və son qərarım. Yuxuya gedərkən gecələr yarım, Məni də nə olar apar gözlərində. Bütün duyğuları başdan boşuyum, Dərdini xoşdur ölüncə daşıyım. Sən də izin ver bir ömür yaşıyım, O mənalı kübar gözlərində. Məni nəfəsin qədər sevirsən sən, Baxışlarınla bildirirsən sən, Yalandan ayrılaq deyirsən sən, Yoxdur o son qərar gözlərində. Sevənlərin mavi dənizlərinə, Dalğalı sahillərin izlərinə. Özümü yazmışam qara gözlərinə, Məni itirsə tapar gözlərində. Gözümdə gözlərini qorumuşam mən, Ən yaxınlığında durmuşam mən, Orda özümə həyat qurmuşam mən. Etmə dünyamı dar gözlərində. Ruhunda canındayam bir ömür, Qarışmısam qanındayam bir ömür, Səninləyəm yanındayam bir ömür. Olmasın intizar gözlərində.
Elnur Valeh — Gözlərində
«Gözlərində» — Elnur Valeh. Читайте текст песни, слушайте запись онлайн бесплатно или скачайте mp3. Длительность записи — 5:26. Жанр — Поп.
